Rüstəm Qasimi: Yeni körpü İran ilə Azərbaycanın ticarət və tranzit dövriyyəsini artıracaq
Tehran, 26 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasına səfər zamanı keçirilən görüşlər səmərəli olub. Hər iki dövlətin iqtisadi inkişafı üçün bir sıra məsələlər müzakirə edildi və müsbət razılaşmalar əldə olundu.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycana etdiyi səfərdən qayıtdıqdan sonra jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, Astaraçay üzərində yeni körpünün tikintisi məsələsinə də baxılıb. Bu körpü hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni körpü İran ilə Azərbaycanın ticarət və tranzit dövriyyəsini artıracaq. İran bu körpü vasitəsilə yüklərini Azərbaycandan tranzit keçməklə MBD və Şərqi Avropa ölkələrinə daşıyacaq. Yeni körpü Azərbaycanın körfəzə və Oman dənizinə çıxışını təmin edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:20]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [18:32]