Azərbaycan Dövlət İnformasiya Agentliyi

RZA VƏZİRİ: “ƏSRİN MÜQAVİLƏSİ” HEYDƏR ƏLİYEVİN MÜDRİKLİYİ VƏ QƏTİYYƏTİ SAYƏSİNDƏ MÜMKÜN OLMUŞDUR

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından 14 il ötür. Adını özünün tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə qazanan bu işgüzar razılaşma Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə Dövlət Neft Şirkəti və dünyanın 11 iri neft şirkəti arasında imzalanmış, beləliklə, sözün əsl mənasında, ölkəmizin yeni neft erası başlanmışdır. Ötən illər ərzində bu müqavilə çərçivəsində həyata keçirilən nəhəng enerji layihələri Azərbaycanın suverenliyini möhkəmləndirmiş, müstəqil daxili və xarici siyasət yürütməyə imkan vermiş, ictimai-siyasi sabitlik, bazar iqtisadiyyatının qurulmasında, xalqın rifahının yüksəlməsində, eləcə də ölkəmizin çətin problemlərinin həllində yardımçı olmuşdur.

Bu illər ərzində ölkəmizə xarici sərmayələrin gətirilməsində Azərbaycan hökuməti ilə tərəfdaşlıq edən təşkilatlardan biri də ABŞ-Azərbaycan Ticarət Palatası olmuşdur. 1995-ci ildən Palata Amerika ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməkdədir. Nüfuzlu “Vaşinqton post” qəzeti Palatanı ABŞ sərmayələrinin Azərbaycana yatırılmasının “ən güclü müdafiəçisi” adlandırmışdır. Palatanın həmsədri Rza Vəzirinin sözlərinə görə, qurumun bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu olmuşdur.

Vaşinqtonun mötəbər Corctaun hissəsində yerləşən, qarşısında ABŞ və Azərbaycanın bayraqları dalğalanan Ticarət Palatasının dördmərtəbəli binasında çox şey ümummilli liderdən xatirədir: binanın açılışına hədiyyə etdiyi Bakı buxtasının mənzərəsini əks edən rəsm əsəri, ABŞ-a işgüzar səfərləri çərçivəsində bu ölkənin nüfuzlu siyasi xadimləri ilə keçirdiyi görüşlərdə çəkilmiş fotoşəkillər. Cənab Rza Vəziri Heydər Əliyev haqqında xatirələrini AZƏRTAC-ın müxbiri ilə bölüşmüşdür:

- Həyatımın ən fəxr etməli və yaddaqalan mərhələsi, şübhəsiz, Prezident Heydər Əliyevlə tanış olduğum və onunla işlədiyim vaxtlara təsadüf edir. Onunla 1994-cü ildə Nyu-Yorka BMT Baş Assambleyasının sessiyasına gəldiyi vaxt tanış olmuşdum. O zaman məni Vətənə dəvət etmişdi. Azərbaycan üçün çox ağır və çətin günlər idi. Heydər Əliyev gecə saat üçə qədər işləməli olurdu. Yadımdadır, məni qəbuluna gecə saat 12-yə işləmiş çağırmışdı. Təəccüb etsəm də, deyilən vaxtda Prezident sarayına yollandım. Oraya gələndə gördüm ki, hələ məndən sonra da qəbul ediləcək adamlar var. Onların arasında bir-iki xarici ölkə səfirləri də var idi. Gecəyarısı məni qəbul etdi. Birinci sözüm bu oldu ki, dedim, mən dünyanın heç yerində gecəyə qədər işləyən dövlət başçısı görməmişəm. O isə cavab verdi: “İndi Azərbaycanın çətin günləridir. Nə qədər işləyirəmsə, hələ də hər şeyi çatdıra bilmirəm. Gördüyün kimi, səndən sonra da qəbulum var”.

Biz, saatyarım söhbət etdik. Əsasən, Azərbaycanın xarici dövlətlərlə əlaqələrinin vacibliyi, ABŞ-ın siyasəti, Amerikada yaşayan azərbaycanlıların Vətənə necə kömək edə biləcəkləri barədə danışdıq. Heç unutmaram, otaq o qədər soyuq idi ki, Prezident mənə paltoda oturmağa icazə vermişdi. Təsəvvür edin ki, ölkə elə pis vəziyyətdə idi ki, hətta dövlət başçısının kabineti də soyuq idi. O günlə bu günü müqayisə edin. Görün, olduqca məhdud bir zamanda Azərbaycanda hansı işlər görülüb, necə şərait yaradılmışdır.

Ticarət Palatasının təsis edilməsi ideyası Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayevə məxsusdur. Hətta Palatanın embleminin - Qız qalası və Kapitolini əks etdirən emblemin müəllifi də odur. 1995-ci ildə Heydər Əliyev Nyu-Yorka səfər edəndə “Plaza” mehmanxanasında onun şərəfinə verilən ziyafətdə biz ABŞ-Azərbaycan Ticarət Palatasının yaradıldığını elan etdik. Prezident çox sevindi və çıxışında bunu dəstəklədi. Dedi ki, belə qurumun yaradılması çox mühümdür, çünki bəzi işlər səfirliyin səlahiyyətindən kənardır. Ticarət Palatası bu işlərin öhdəsindən gələ bilər.

Güclü erməni lobbisi ilk günlərdən bizə maneə yaratmağa çalışırdı. Hətta birbaşa Amerika şirkətləri ilə əlaqə yaradıb, Palataya üzv olmamağa çağırırdılar, Azərbaycana qara yaxırdılar. Amma işimizin niyyəti təmiz olduğuna görə, biz, bu maneələri dəf edə bildik. Adlı-sanlı xadimlər - Zbiqnev Bjezinski, Riçard Armitac, Dik Çeyni, Con Sununu işimizə cəlb olunaraq bizə kömək etdilər. Fəxrlə deyə bilərəm ki, Amerikada Azərbaycanın maraqlarının müdafiəsində və ölkələrimiz arasında münasibətlərin qurulmasında Palatanın böyük rolu olmuşdur. İndinin özündə də ABŞ-Azərbaycan Ticarət Palatası Vaşinqtonda fəaliyyət göstərən digər, o cümlədən Ukrayna və Rusiya ticarət palatalarından daha fəaldır. Lakin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və sonralar Prezident İlham Əliyevin dəstəyi olmasaydı, Palata bu səviyyəyə çatmazdı. Azərbaycan hökumətinin bütün üzvləri bizim təşkilata kömək göstərmişlər.

Mən işimlə bağlı dünyanın çox rəhbərləri ilə təmasda olmuşam. Onların arasında sabiq sovet rəhbərləri də var idi. Lakin Heydər Əliyev tamam başqa lider idi. O, böyük xarizmaya malik idi, ilk məqamdan həmsöhbətini cəzb edirdi. Səmimiyyətə olduqca böyük qiymət verirdi. Eynilə də, qeyri-səmimi insanlardan xoşu gəlməzdi. ABŞ-da bir vaxt Heydər Əliyevi qapalı sovet hökumətinin, Siyasi Büronun yüksək vəzifəli nümayəndəsi kimi tanıyırdılar. Mən həmişə deyirdim ki, Heydər Əliyevi tanımaq üçün onunla iki dəqiqə söhbət etmək kifayətdir. Xatırlayıram, ABŞ senatoru Hovard Beyker və sabiq dövlət katibi Lorens İqlberger mənimlə birlikdə Azərbaycana səfər etmişdilər. Bakıda Prezident bizi qəbul etdi. Protokol danışıqları bitdikdən sonra Hovard Beyker ona bildirdi ki bu, Heydər Əliyevlə ikinci görüşüdür. İlk dəfə “Əsrin müqaviləsi” imzalananda görüşmüşdür. Heydər Əliyev isə dərhal cavab verdi: “İkinci yox, üçüncü dəfədir. Siz Corc Buşla Amerika nümayəndə heyətinin tərkibində Moskvada Baş katibin dəfn mərasimində iştirak edirdiniz. Biz, Siyasi Büronun üzvləri ilə yuxarıda dayanmışdıq. Siz isə, qonaqlarla birlikdə aşağıda idiniz. Cənazəni gətirəndə siz ehtiram əlaməti olaraq, papağınızı çıxardınız. Mən də papağımı çıxardım. Sonra mənə irad tutdular ki, Siyasi Büro üzvləri papaqlı durmalıdırlar, bəlkə bunu amerikalılardan öyrənib etmişəm? Mən də dedim ki, yox, ehtiram olaraq etmişdim”. Hovard Beyker heyrətdən bilmirdi nə desin. O, Heydər Əliyevin diqqətinə valeh olmuşdu ki, minlərlə adamın iştirak etdiyi mərasimdə onu görmüş və yadında saxlamışdır.

Heydər Əliyev Amerika siyasətçilərinə həmişə böyük müsbət təsir bağışlayırdı. 2000-ci ildəki səfəri çərçivəsində Heydər Əliyev 11 senatorla görüşmüşdü. Azərbaycan Prezidenti ilə 15 dəqiqəlik söhbətdən sonra bu qanunvericilər Konqresdə Azərbaycanın lehinə səs vermişdilər. Halbuki, əvvəl onlar başqa mövqedən çıxış edirdilər.

Heydər Əliyev ABŞ-a hər səfərində vaxtdan maksimum istifadə etməyə çalışırdı. Bir dəfə proqrama baxanda gördü ki, görüşlərin arasında bir saata qədər boş vaxt var. Soruşdu ki, niyə boş qoymuşuq. Dedim ki, görüşdən sonra istirahət üçün kiçik fasilə nəzərdə tutmuşuq. Onun cavabı belə oldu: “Mən buraya istirahətə gəlməmişəm, işləməyə gəlmişəm. Boşluqların hamısına yeni görüşlər əlavə edin.” Həmin üçgünlük səfərin ikinci günü nümayəndə heyətinin bütün üzvləri artıq yorulmuşdular. Lakin Heydər Əliyev yorulmaq bilmirdi. İstəyirdi ki, az vaxtdan istifadə edib ABŞ siyasətçilərinə Azərbaycan həqiqətlərini yetirsin, münasibətləri genişləndirsin, tərəfdaş ola biləcəyimizi başa salsın. Bu məqsədinə də tam müvəffəq oldu.

Bax elə sizinlə söhbət etdiyimiz bu otaqda Heydər Əliyev “Exxon” şirkətinin prezidenti Terri Kunsa demişdi ki, Bakı-Tbilisi-Ceyhan layihəsi mütləq həyata keçəcəkdir. Terri Kuns layihənin marşrutuna və buna görə də büdcəsinə etirazını bildirir, başqa yollar aramağı təklif edirdi. Lakin Heydər Əliyev qətiyyətlə ona bildirdi ki, bu layihə başa çatacaqdır. Gördüyünüz kimi də, BTC bu gün artıq fəaliyyətdədir.

Bakı-Tbilisi-Ceyhan layihəsində bizim rolumuz layihənin iqisadi potensialını Amerikada nümayiş etdirmək, Amerika işgüzar dairələrinin Azərbaycana sərmayə yatırmasına kömək etmək idi. Problemlər və təzyiqlər həddindən artıq çox idi. Hər yerdən, xüsusilə də, qonşu ölkələrdən BTC-nin baş tutmaması üçün nə qədər səy göstərirdilər. Heydər Əliyevin yerinə başqa adam olsaydı, bu təzyiqlərə tab gətirməzdi. Lakin onun müdrikliyi, böyüklüyü və qətiyyəti bütün bu çətinlikləri dəf etdi. “Əsrin müqaviləsi”nin imzalanması da məhz bu liderlik və müdriklik sayəsində mümkün olmuşdur.

Azərbaycanda bu gün iqtisadi inkişaf elə sürətlidir ki, ölkədən cəmi bir ay ayrılıb qayıdanda hansısa da, yeniliyin şahidi olursan. Dövlət başçısı, az qala, hər gün yeni müəssisənin, obyektin açılış mərasimində iştirak edir. Mənim başçılıq etdiyim şirkət Gədəbəy rayonunun qızıl yataqlarının işlənilməsi ilə məşğuldur. Bununla bağlı mən mütəmadi olaraq həmin bölgəyə səfər edirəm. Şəmkir və Gədəbəy rayonlarına artıq əyalət demək olmaz. Xüsusilə də, Şəmkir kiçik Avropa şəhərinə bənzəyir. Mən bu münasibətlə Prezident İlham Əliyevə təbriklərimi çatdırıram.

Bu cür inkişaf sürətinin bir neçə izahı var. Əvvəla, dövlətçiliyin əsasının düzgün qurulması, daha sonra isə Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasi xəttin İlham Əliyev tərəfindən davam etdirilməsi. Təbii ki, hələ görüləsi işlər var. Amma unutmaq lazim deyil ki, Azərbaycan bu yolla cəmi on beş ildir gedir. İnanıram ki, Azərbaycan xalqı bütün bunları bilir və qiymətləndirir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH