Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları maddi imkanı zəif olan şəxslərə yardım ediblər
Bakı, 12 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər davam etdirilir.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində yaşayan maddi imkanı zəif olan sakinlərlə və tənha yaşayan yaşlılara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin polis əməkdaşları hər bir sakinlə ayrı-ayrılıqda profilaktiki söhbətlər aparıb, onlara evdə qalmaqlarının vacibliyini izah ediblər.