Saatlıda bu günədək bağlardan 368 tondan çox ərik yığılıb
Saatlı, 27 iyul, Mahir Babayev, AZƏRTAC
Saatlıda meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2 min 74.8 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Rayon Statika İdarəsinin rəisi Seyfəddin Soltanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 2 min 474.3 hektar meyvə bağından 2 min 146.7 ton meyvə toplayıblar ki, bu da ötən ildəkindən 71.9 ton çoxdur. Yığılmış məhsulun 128.3 tonunu alma, 368.7 tonunu ərik, 197,5 tonunu albalı, 269 tonunu gavalı, 742.5 tonunu alça, 140.9 tonunu gilas, 299.8 tonunu isə sair meyvələr təşkil edib.
Tədarük olunan əriyin demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd, Şirinbəyli kəndlərinin, alçanın isə yarıdan çox Dədə Qorqud, Əhmədbəyli və Əlisoltanlı kəndlərinin bağbanları tərəfindən yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]