Sabah hava yağışlı və küləkli olacaq
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 11-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 7-11°, gündüz 13-16° isti olacaq.
Noyabrın 11-dən 13-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 11-16° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-17° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi dağlıq ərazilərdə arabir güclənəcək. Gecə 8-11° isti, gündüz 13-16° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.