Sabah qar yağacaq, güclü külək əsəcək
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanda fevralın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə və gündüz 1-4 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı bildirilir.
Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.02.2026 [13:27]
Sabahın hava proqnozu açıqlanıb VİDEO
- 07.02.2026 [17:10]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.02.2026 [12:44]
Sabahın hava proqnozu açıqlanıb
- 06.02.2026 [18:06]
Paytaxtda ağacların qanunsuz kəsilməsi halları aşkarlanıb
- 06.02.2026 [17:53]
Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib FƏRMAN
- 06.02.2026 [16:00]