Sabirabad Mədəniyyət Könüllüləri Qurtuluş Günü ilə bağlı onlayn konsert təqdim edib
Sabirabad, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayon Mədəniyyət Mərkəzində 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar onlayn tədbir keçirilib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri giriş sözü ilə açan könüllülər Pərvanə Davudova və Vüsal Əsgərov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas etməsindən, onun xalqımız üçün böyük qurtuluş qələbəsindən danışıblar. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Liderimizin siyasi xəttinə sadiq olaraq müstəqil ölkəmizi gələcəyə doğru aparan uğurlu inkişafından söz açıblar.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Rəqs dərnəyi”nin üzvlərindən ibarət “Kristal” rəqs qrupunun çıxışı ilə başlayan tədbir, müğənnilərdən Sərxan Baxşiyev və Şamil Ağayevin ifalarında vətənimizi, dövlətçiliyimizi tərənnüm edən mahnılarla davam etdirilib.
Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəsmi feysbuk səhifəsində canlı yayımlanıb.