Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verildi
Bakı, 9 fevral, AZƏRTAC
Sabunçu rayonu 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yeni tikilmiş korpusu istifadəyə verildi
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 63 çarpayılıq yeni korpusda inzibati, qəbul, funksional diaqnostika, pediatriya və terapiya şöbələri fəaliyyət göstərəcək.
100 çarpayılıq xəstəxana əhalinin sağlamlığının qorunmasına xidmət edir. 356 nəfərlik personal gündə 500-ə yaxın xəstə qəbul edə biləcək.
Qeyd edək ki, 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası iki korpuslu stasionar və poliklinika şöbələrindən ibarətdir. Müasir avadanlıqlarla təchiz edilmiş yeni korpusu Səhiyyə Nazirliyi bu gündən vətəndaşların xidmətinə verir.