SAHİBKARIN XEYİRXAHLIĞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kənd məktəbi, uşaq bağçası da onun vəsaiti ilə əsaslı təmir olunmuş, təzə avadanlıqla təmin edilmişdir. O, bağça uşaqlarının il boyu geyimlərini, gündəlik isti yemək təminatını da öz üzərinə götürmüşdür. 35 yaşlı bu həmyerlimiz bir neçə kənddə məscid tikdirmiş, aztəminatlı ailələr üçün tikiş sexi açdırmışdır. Yay istirahətini hər il doğma kənddə keçirən Nemət Hacıyev sakinlərin qayğı və problemləri ilə daim maraqlanır, həllinə yardımçı olur.