SAHİBKARLIĞA DÖVLƏT QAYĞISI GÜCLƏNDİRİLİR
Sahibkarlığa Kömək Milli Fonduna verilmiş bu vəsaitin güzəştli kredit şəklində sahibkarlıq subyektlərinə çatdırılması Müsabiqə Komissiyası tərəfindən seçilmiş 31 müvəkkil kredit təşkilatı (25 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı, 5 kredit ittifaqı) tərəfindən həyata keçirilir.
Cari il sentyabrın 1-dək Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə respublikanın 57 şəhər və rayonu üzrə 1312 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 64,8 milyon manat güzəştli kredit verilmişdir.
Ayrılmış kreditlər sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının, turizm infrastrukturunun, xidmət sahələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Maliyyələşdirilmiş layihələrin 85 fazindən çoxu respublikanın regionlarının payına düşür və bu layihələrin 87 faizi istehsal və emal yönümlüdür.
İlin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 13 mindən artıq yeni iş yerinin yaradılacağı gözlənilir.