Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək, iqtisadi hədəflər

Sahibkarlığın stimullaşdırılması, yerli istehsala dəstək, iqtisadi hədəflər

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanda iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni hədəflərə gedən yolda əldə edilmiş ilkin nəticələr müsbətdir.

Yerli istehsalın dəstəklənməsi

Cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına görə, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin eyni rübü ilə müqayisədə 4 faiz artıb. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artıb. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalıb. Ərzaq məhsullarında daxili istehlakla, o cümlədən idxalla ixrac arasında fərqin əhəmiyyətli dərəcədə azalması müsbət haldır. Azərbaycan hökuməti hazırda yerli istehsalın dəstəklənməsi və idxaldan asılılığın azaldılmasına çalışır. Ölkəmizə xarici bazarlardan bir çox məhsullar daxil olur. Bu məhsullar arasında ən çox idxal olunan mallar ət, süd, kərə yağı və meyvə-tərəvəzdir. Məsələn, Azərbaycan bitki yağları ilə özünü 48 faiz təmin edir. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Kərə yağı ilə isə 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Şəkər və şəkərdən hazırlanan məhsullar - özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Əksər hallarda idxal məhsulun istehsalı, emalı və qablaşdırılması üçün cəlb edilən texniki avadanlıqlarla bağlı olur. Halbuki bu imkanların ölkə daxilində yaradılması mümkündür. Bu sahədə görülən işlərin sürətləndirilməsi və sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün onlara yeni imkanlar yaradılıb.

Kreditlər, güzəştlər, tətillər

Azərbaycanda koronavirus pandemiyası şəraitində onun iqtisadiyyata təsiri nəzərə alınaraq dərhal çevik dəstək proqramları həyata keçirilib və sahibkarların dəstəklənməsi istiqamətində yeni alətlər təqdim edilib. Bu alətlərə maddi dəstək, vergi güzəştləri və tətilləri, Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsinin təkmilləşdirilməsi və sair daxildir. Həmçinin dəstək tədbirlərinin davamı olaraq ölkədə xüsusi vergi rejimi təmin edilib və onlar üçün bizneslərini gözləyən risklər minimuma endirilib. Pandemiya şəraitində sahibkarlığın inkişafı və istehsalın dəstəklənməsi üçün kreditləşmə sistemi təkmilləşdirilib. Belə ki, kreditlərin verilməsində yeni sistem yaradılıb və dövlət zəmanəti ilə sürətli kreditlər təqdim edilib. Kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kreditin müddəti daha 2 il uzadılaraq, kiçikhəcmli kreditlər üzrə 3 ildən 5 ilə, ortahəcmli kreditlər üzrə 5 ildən 7 ilə artırılıb. Kreditlərin əldə edilməsinin asanlaşdırılması üçün sahibkarların girov qoymaq üçün imkanları genişləndirilib və girov kimi əldə etdikləri avadanlıqların göstərilməsi imkanı yaradılıb. İndi sahibkar 3 il müddətinədək müxtəlif banklardan 3 milyon manatadək məbləğində kredit əldə edə bilər. Həm də bu kreditlər üzrə faizlərin yarısını dövlət subsidiyalaşdırır, yəni faizlərin yarısını dövlət sahibkarın yerinə ödəyir. Kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər, yəni güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir. Bu isə sahibkara inkişaf üçün ciddi maliyyə dəstəyidir. Üstəlik krediti əldə etmək üçün sahibkarın evdən çıxmasına ehtiyac yoxdur. Kreditlər elektron formada verilir və bunun üçün ayrıca resurs - https://e-edf.gov.az/- Elektron Kredit Platforması yaradılıb. Azərbaycanda tətbiq edilən bu sistem sahibkarlar üçün sadə, rahat və şəffaf formada kredit almaq imkanı yaradır.

Perspektivləri dəyərləndirmək zamanıdır

Sahibkarlar bu imkanları yaxşı dəyərləndirməli və indiki şəraitə uyğun bazar araşdırması apararaq vəsaiti perspektivli sahələrə yönəltməlidirlər. Azərbaycan məhsullarının daha da çox istehsal olunması, idxaldan asılılığın azalması, ixracqabiliyyətli məhsulların istehsalı, yeni iş yerlərinin yaradılması ölkəmizin orta perspektivdə hədəflərinə daxildir. İdxal məhsullarından asılılığın azaldılması sahibkarlar üçün də faydalıdır. Bunun üçün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti yaxşı nümunədir. Pandemiya dövründə tələbatın yüksək olduğu məhsulla ölkəmizi təmin etmək üçün qısa müddətdə sahibkarlara kreditlər verilib, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunub. Beləliklə, koronavirusla mübarizədə dünyanın bir çox ölkələrində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapıb. Üstəlik maskaların hazırlanmasında, istifadə olunacaq spirt və digər dezinfeksiyaedici mayelərin istehsalı ilə hazırda ölkəmizdə müxtəlif istehsalat müəssisələri məşğul olur. Müəssisənin istehsal etdiyi məhsullar geniş təqdim olunur və daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara da çıxır. Bu o deməkdir ki, yerli istehsala dəstək sayəsində ölkəmiz tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Yerli istehsal müəssisələrinin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsi üçün də faydalıdır. Göründüyü kimi, idxalı əvəz edən və ixracyönümlü yerli istehsalın yaradılması vətəndaşların işlə təminatına ciddi təkan verir.

Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı, işgüzar aktivlik, biznesin çevikliyi deməkdir. Sahibkarlıq üçün yaradılmış mühit sabit, şəffaf və hüquqların təmin olunduğu müstəvidir. Bu alətləri düzgün istiqamətləndirmək, iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün faydalı biznes mühiti yaratmaq isə sahibkarların fəaliyyətinə bağlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib