Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başlayır
Bakı, 4 fevral, AZƏRTAC
Bu gün kişi və qadın şahmatçılar arasında Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, reytinqə əsasən yüksək əmsala malik bəzi aparıcı qrossmeysterlər yarışa 1/8 finaldan qoşulacaqlar. Onların arasında Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov kimi qrossmeysterlər var.
1/8 final
İlk oyunlar
Kişilərin yarışı
Fərid Abbasov – Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov – Namiq Quliyev
Məhəmməd Muradlı – Nicat Məmmədov
Vüqar Rəsulov – Rauf Məmmədov
Vasif Durarbəyli – Əhməd Əhmədzadə
Vüqar Əsədli – Eltac Səfərli
Misrətdin İsgəndərov – Nicat Abasov
Aydın Süleymanlı – Riad Səmədov
Qadınların yarışı
Lalə Hüseynova – Günay Məmmədzadə
Gövhər Beydullayeva – Səbinə Rzalı
Məryəm Ağaverdiyeva – Ülviyyə Fətəliyeva
Xanım Balacayeva – Ləman Hacıyeva
Mələk İsmayıl – Gülnar Məmmədova
Ayan Allahverdiyeva – Zeynəb Məmmədyarova
Nərmin Kazımova – Türkan Məmmədyarova
Nərmin Abdinova – Səbinə İbrahimova
Qeyd edək ki, ölkə şahmatında ilk dəfə çempionatda bütün aktiv şahmatçılar iştirak edirlər. Olimpiya sistemi ilə keçirilən yarışda şahmatçılar bir-biri ilə həm ağ, həm də qara fiqurlarla mübarizə aparırlar. İki oyundan sonra bərabərlik qeydə alınacağı təqdirdə tay-brek oynanılır.
Yarışı daha maraqlı etmək üçün tay-brek olmadan mərhələ adlayan şahmatçı yekunda bonus pul mükafatı qazanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]