Şahmat üzrə dünya çempionatı: Gülnar Məmmədova 2-7-ci yerləri bölüşür
Bakı, 28 dekabr, AZƏRTAC
Varşavada blits və rapid üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, rapid yarışının ikinci günündə qadın şahmatçılar 5-8-ci, kişilər isə 6-9-cu turlarda mübarizə aparıblar. Təmsilçilərimizdən ən yüksək nəticəni Gülnar Məmmədova göstərib. Belə ki, səkkiz turdan 6 xal toplayan şahmatçımız liderdən yarım xal geri qalaraq 2-7-ci yerləri bölüşür. Xanım Balacayeva 5, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova 4,5, Gövhər Beydullayeva 4 xal toplayıblar.
Kişilərin yarışında isə şahmatçımız Şəhriyar Məmmədyarov 9 turdan 5,5 topalyaraq 33-cü sırada qərarlaşıb. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 5 xal, Rauf Məmmədov, Vasif Durarbəyli isə 3,5 xal əldə ediblər.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]