Şahmatçılarımız onlayn blits turnirdə mübarizə aparıblar
Bakı, 12 aprel, AZƏRTAC
Fransada “C'Chartres Echecs” şahmat klubu və “Europe Échecs” şahmat platformasının birgə təşkilatçılığı ilə onlayn blits turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov turnirdə 9 xal toplayaraq ukraynalı Vasili İvançukla 5-6-cı yerləri bölüşüb. Digər şahmatçılarımız Qədir Məmmədov 8 xal, Namiq Quliyev 6 xal toplayıblar. Turnirdə 11 turdan 10 xal toplayan gürcüstanlı Bahadur Cobava və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca 1-2-ci yerləri bölüşüblər. Mükafat fondu 1200 avro olan turnirdə 342 şahmatçı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]