ŞAHMATÇILARIN AVROPA ÇEMPİONATINDA AZƏRBAYCANIN KİŞİLƏRDƏN İBARƏT KOMANDASI UKRAYNA MİLLİSİNİ MƏĞLUB ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa çempionatında artıq 7 tur arxada qalmışdır.
Son turda Azərbaycanın kişilərdən ibarət yığma komandası güclü Ukrayna millisi üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanmışdır.
Komandamızın lideri Şəhriyar Məmmədyarov qara fiqurlarla dünyanın ən yüksək reytinqinə malik şahmatçılarından biri - ukraynalı Vasili İvançuku məğlub etmişdir.
Teymur Rəcəbov-Sergey Karyagin, Vüqar Həşimov-Andrey Volokitin və Rauf Məmmədov-Aleksandr Aleşenko görüşləri heç-heçə nəticələnmişdir.
Azərbaycan komandası hazırda 5-ci yeri tutur.
Qadınların turnirində Azərbaycan yığma komandasının Fransa kollektivi ilə görüşü 2:2 hesabı ilə başa çatmışdır.
Bu turda birinci taxtada oynayan Zeynəb Məmmədyarova Almira Skripçenkoya uduzmuş, Türkan Məmmədyarova isə Sofi Millieti məğlubiyyətlə barışmağa məcbur etmişdir. İlahə Qədimova-Silviya Collas, Nərgiz Umudova-Mari Lekont görüşlərində heç-heçə qeydə alınmışdır.
Həmyerlilərimiz bu turdan sonra cədvəlin 7-ci pilləsində qərarlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]