Şahmatçımız Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisində turnir cədvəlinin lideri ilə görüşəcək
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Prinin üçüncü turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə növbəti turda turnir cədvəlinin lideri qazaxıstanlı Jansaya Abdumalik (2 xal) ilə qarşılaşacaq. Şahmatçımız ötən iki turun nəticəsinə görə, 1,5 xalla 2-5-ci yerləri bölüşür.
Turun digər oyunlarında rusiyalı Katerina Laqno həmyerlisi Valentina Qunina, Rusiyanın digər təmsilçisi Alina Kaşlinskaya ukraynalı Anna Muzıçuk, bolqarıstanlı Antoaneta Stefanova rumıniyalı İrina Bulmaqa, Ukraynanın daha bir təmsilçisi Mariya Muzıçuk almaniyalı Elisabet Paets, Qazaxıstan şahmatçısı Dinara Saduakassova gürcüstanlı Nana Dzaqnidze ilə qarşılaşacaqlar.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]