Şahmatçımız Şəhriyar Məmmədyarov FIDE Qran-Pri seriyasının üçüncü mərhələsində mübarizə aparacaq
Bakı, 17 mart, AZƏRTAC
Martın 21-də Almaniyanın paytaxtı Berlində FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. Təmsilçimiz B qrupunda Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov və almaniyalı Vinsent Keymerlə mübarizə aparacaq. Turnirə, ümumilikdə 16 şahmatçı qatılacaq.
Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]