“Şair Vaqif” quru yük gəmisi təmirdən sonra yenidən yükdaşımalara cəlb olunub
Bakı, 25 noyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal quru yük gəmisinin tərsanə təmiri başa çatıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilən təmir zamanı gəmidə gövdə qaynaq, boruquraşdırma, elektrik, ağac emalı işləri yerinə yetirilib. Gəmi üzrə mexanizmlərin, nasosların, braşpillərin və şpillərin təmiri aparılıb.
Bundan başqa, gəminin sualtı və suüstü hissəsi, göyərtələri, yük anbarlarının qapaqları təmizlənib və rənglənib. Gəminin rabitə və elektronaviqasiya sistemində də əsaslı işlər görülüb. Belə ki, mövcud radionaviqasiya avadanlıqlarının illik yoxlanışı, təmiri, tənzimlənməsi və sertifikatlaşdırılması ilə bərabər bir neçə yeni avadanlıqlar da quraşdırılıb. Gəmi təmir başa çatdıqdan sonra müvafiq yoxlanışdan uğurla keçib və dənizçilərin ixtiyarına verilib.
Təmirdən sonra “Şair Vaqif” gəmisinin ilk səfəri Ələtdən Aktau limanına olub.
Qeyd edək ki, uzunluğu 108,33, eni 16,74 metr olan gəmi 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]