Salyanda yol qəzası olub, xəsarət alanlar var
Salyan, 22 iyun, AZƏRTAC
Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan Elnarə Mehdiyeva, Gülxar Abdulova, Sevil Məmmədova, Səbuhi Həsənov və Könül Eminova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə