“ŞAMAXI ABİDƏLƏRİ” TELEVİZYA FİLMİNİN ÇƏKİLİŞLƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi “Şamaxı abidələri” etnoqrafik-sənədli televiziya filminin çəkilişlərini başa çatdırmışdır.
Filmdə IX əsr qala abidəsi olan “Qaleyi Bəyqurd”, Şirvanşahlar dövrünün istehkam qalaları, eləcə də el arasında “Qız qalası” adlandırılan “Gülüstan” qalası lentə alınmışdır.
Şirvan-Abşeron xalçaçılıq məktəbinə mənsub məşhur Şirvan kilimlərinin toxunduğu Sis kəndində yaşlı qadınların toxuculuq sənətimizlə bağlı hana ətrafında söhbətləri, ilmələr, kilim üçün seçilən rənglər və onların təbii üsulla hazırlanması da lentə köçürülmüşdür.
“Şamaxı abidələri” televiziya filminin ssenari müəllifi Zərnişan Azayeva demişdir ki, Göylər kəndinin “Pirmərdəkan” türbəsi, Nəsiminin qardaşı Şah Xəndanın uyuduğu türbə, Seyid Əzim Şirvaninin qəbirüstü abidəsi, eyni zamanda 7 gümbəz məzarlığı da tamaşaçılara təqdim olunmuşdur.
Filmin rejissoru Elşən Zeynallı, operatoru Mətləb Yaqubovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]