ŞAMAXIDA ZƏLZƏLƏ
Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a daxil olan məlumata görə, martın 14-də, yerli vaxtla saat 03.06-da Şamaxı rayonundan 24 kilometr şimal-qərbdə, dağlarda 12 ballıq cədvəllə 4 bal gücündə, Şamaxıda 3-3,5 bal gücündə zəlzələ olmuşdur. Zəif təkanlar davam edir. Dağıntı və təlafat qeydə alınmamışdır.