Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib
Bakı, 8 iyun, AZƏRTAC
Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 380 kiloqramdan artıq olan 2297 çətənə kolu kökündən çıxarılıb. Həmin çətənə kolları yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.