Santa-Klaus dünyanın bütün qitələrində milyonlarla hədiyyə paylayıb
Bakı, 25 dekabr, AZƏRTAC
Santa-Klaus (Şaxta Baba) katoliklərin Milad bayramı ilə əlaqədar dünyanın bütün qitələrini gəzərək təxminən 6,7 milyon hədiyyə paylayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Santa-Klausun hərəkət istiqamətini izləyən Şimali Amerika Qitəsinin Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb. Onun yerini müəyyən etmək üçün radar sistemlərindən, peyklərdən və döyüş təyyarələrindən istifadə edilir.
Ənənəyə uyğun olaraq, Santa-Klaus dekabrın 24-də doqquz maralın çəkdiyi sehrli kirşə ilə dünya səyahətinə çıxır. O, hazırda ABŞ-ın qərb hissəsini gəzir.
Qeyd edək ki, Milad bayramının baş personajının hərəkət istiqamətini izləmək ənənəsi 1955-ci ildə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]