Şarl Mişel: Aİ Qərbi Balkan ölkələri ilə əməkdaşlığı gücləndirməyi hədəfləyir
Podqoritsa, 14 dekabr, AZƏRTAC
Avropa İttifaqı Qərbi Balkan regionu ölkələri ilə daha geniş əməkdaşlıq etməyi hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən Aİ-Qərbi Balkan ölkələri sammitində deyib.
“Qərbi Balkan regionu Avropanın bir hissəsidir. Biz bu regiondakı altı ölkənin Aİ-yə üzvlük perspektivlərini bir daha təsdiqləyir və bütün sahələrdə əməkdaşlığı gücləndirmək istəyirik. Aİ-nin genişlənmə ilə bağlı yekun qərarını gözləmədən Qərbi Balkan ölkələrinin ittifaqa qoşulmasını hədəfləyirik. Avropa İttifaqı bu çərçivədə ölkələr arasında əməkdaşlığı artıracaq və regionu Aİ-yə yaxınlaşdıracaq strategiya qəbul edib”, - deyə Şarl Mişel vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]