Azərbaycan Dövlət İnformasiya Agentliyi

Savadsız Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı var

Savadsız Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı var

Bakı, 30 sentyabr, AZƏRTAC

Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat əbədi olmaqla yanaşı, dünyaya ədalət çağırışının edilməsində heç bir tərəddüdlə, təəccüblə qarşılaşmır. Tarix faktlara əsaslandığı qədər də saxtakarlığı sevmir. Ölkəmizin rəhbəri İlham Əliyev 30 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərir, erməni yalanlarını faktlar əsasında ifşa edir, ən yüksək tribunalardan dünyanın hüquq problemini yaşadığını önə çəkərək, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etmədiyi üçün sanksiyaların tətbiq edilməsini tələb edir. Bu günlərdə Prezident İlham Əliyevin BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırması, işğalçı dövlətin müharibəyə hazırlaşdığını əsaslı şəkildə bildirməsi qarşı tərəfin yalanlarının miqyasını ifşa etdi, ən əsası Ermənistanın hiyləgər, riyakar bir dövlət olduğunu təsdiqlədi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə diqqəti “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın aparıcıların suallarını cavablandırmalarına yönəldərək bildirib ki, bir tərəfdə həqiqət, beynəlxalq hüquq, ərazi bütövlüyü prinsipi, digər tərəfdə isə yalan, böhtan, hüququn kobud şəkildə pozulması və ərazi bütövlüyü prinsipinə hörmətsizlik dayanırdı. “Dövlətimizin başçısı İlham Əliyev aparıcıların suallarını, necə deyərlər, daşdan keçən faktlar və dəlillər əsasında cavablandırmaqla bir daha bəyan etdi ki, Ermənistanın son təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək görərik ki, işğalçı dövlətin müharibəyə hazırlaşdığı özünü qabarıq şəkildə büruzə verir. BMT tribunasından da bu məqam dünyaya çatdırıldı. Hakimiyyəti zəbt etdiyi ilk gündən danışıqlar prosesinin formatını dəyişməyə, qondarma Dağlıq Qarabağ rejimini tərəf kimi prosesə cəlb etməyə cəhd göstərən Nikol Paşinyan “Qarabağ Ermənistandır” bəyanatı ilə açıq-aşkar danışıqların davam etdirilməsində maraqlı olmadığını təsdiqlədi. Eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən “seçkilər”, hazırda işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın məkrli planlarının nədən ibarət olduğunu açıqlayır. Azərbaycan münaqişənin sülh yolu ilə çözülməsində maraqlıdır. Amma imitasiya naminə danışıqlar aparmaq istəmir, daim bəyan edir ki, sülh danışıqları nəticəli olmalıdır”, - deyə o bildirib.

Baş redaktor qeyd edib ki, dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirdiyi, bu bəşəri bəladan xilas olmaq üçün birgə yolların axtarıldığı bir zamanda Ermənistanın dəfələrlə cəbhə xəttində təxribatlar törətməsinə nə ad vermək olar? İşğalçı dövlət öz daxili gərginliyini ört-basdır etmək, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanda baş verənlərdən yayındırmaq üçün ən çirkin yollara əl atır. Ermənistanın baş nazirinin həmin verilişdə Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyənin ünvanına şər, böhtan xarakterli, həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi də onun alçaq niyyət və məqsədlərinin tərkib hissəsidir. N.Paşinyan belə əsassız təbliğat aparır ki, guya sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağa qarşı tammiqyaslı hərbi təcavüzə başlayıb, artilleriyadan və yaylım atəşi sistemlərindən istifadə etməklə Dağlıq Qarabağın yaşayış məntəqələrini bombalayırlar. Utanıb-qızarmadan bəyan edir ki, Türkiyə bu prosesə cəlb edilib. Guya Türkiyənin hərbi təlimçiləri və yüksək vəzifəli hərbçiləri Azərbaycanın komanda məntəqələrindədir. Ermənistanın baş naziri həyasızcasına bir qədər də irəli gedərək bildirir ki, beynəlxalq birlik Türkiyəni Cənubi Qafqazdan çıxmağa məcbur etmək və Azərbaycanı təcavüzü, təcavüzkar hərəkətlərini, hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün konkret səy göstərməlidir.

“Otuz ildən artıqdır özünü riyakarcasına dünyaya “yazıq, məzlum, işğala məruz qalan” dövlət kimi təqdim etmək istiqamətində səylər göstərən Ermənistan hakimiyyəti öz siyasi savadsızlığını növbəti dəfə qabarıq şəkildə büruzə verir, eyni zamanda, nə qədər aciz, cılız olduğunu təsdiqləyir. Dağlıq Qarabağı gah Ermənistanın tərkib hissəsi, gah da müstəqil qurum kimi təqdim edən savadsız və axmaq Nikol Paşinyanın tarixi öyrənməyə böyük ehtiyacı var. Prezident İlham Əliyev bütün çıxışlarında, həmçinin beynəlxalq təşkilatların tribunasından, mötəbər tədbirlər çərçivəsində dünyanın nüfuzlu KİV-lərinə müsahibələrində hər zaman Ermənistan rəsmilərinə tarix dərsi keçir”, - söyləyən V.Rəhimzadə bildirib ki, Ermənistanın bu gün Türkiyəni tənqid atəşinə tutmasının səbəbləri bəllidir və bunu dövlətimizin başçısı İlham Əliyev belə əsaslandırıb: “Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

V.Rəhimzadə bildirib ki, rəsmi Ankaranın Azərbaycanın mövqeyini dəstəkləməsi, Azərbaycanın yanında olması işğalçı dövləti hər zaman narahat edir. Digər bir narahatçılıq isə dost ölkənin münaqişənin həllində vasitəçiliyə cəlb edilməsinin gündəmdə olmasıdır. “Simasızlığı, riyakarlığı, yalanı siyasətinin əsas prinsipi kimi qəbul edən işğalçı dövlətdən ədalətli yanaşma, həqiqətə uyğun fikir gözləmək mümkün deyil. N.Paşinyanın Azərbaycan Ordusunun qələbəsini inkar etməsi, Azərbaycanın hərb yolunu seçməsinin mümkünsüzlüyünü bildirməsi də deyilənlərin təsdiqidir. Dünya birliyi bu reallığı qəbul etməlidir ki, beynəlxalq hüquq maraqların arxasında əridikcə Ermənistan ərköyünləşir, həqiqətləri inkar etdikcə daha aciz, gülünc duruma düşür”, - deyə baş redaktor vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır