Saxta kampaniya barədə mesajlara etimad etməyin - xəbərdarlıq
Bakı, 3 aprel, AZƏRTAC
Ramazan bayramı münasibətilə pulsuz 50 GB internet paketi qazanmağı vəd edən saxta kampaniya barədə mesajlara etimad etməyin.
Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, vatsap tətbiqi vasitəsilə göndərilən bu mesajlarda istifadəçilərdən ilkin olaraq mobil nömrələrini daxil etmələri, daha sonra isə kampaniya barədə məlumatı ən azı 12 vatsap istifadəçisi və yaxud qrupu ilə paylaşmaları tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi saxta kampaniyalara inanmamağı, keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]