Saxta uduşlu lotereyaların keçirilməsi ilə əlaqədar reklamlar paylaşılır - Xəbərdarlıq
Bakı, 17 iyun, AZƏRTAC
Sosial şəbəkələrdə “PashaPay” şirkətinin məhsulu olan “m10” elektron pulqabısı adından saxta uduşlu lotereyaların keçirilməsi ilə əlaqədar reklamlar paylaşılır.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, vətəndaşlardan lotereyada iştirak etmək üçün “m10hediyye.com” adlı saxta veb səhifəyə daxil olaraq mobil nömrələrini, daha sonra isə nömrəyə göndərilən təsdiq kodunu yazmaları tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələri tövsiyə olunur.
Həmçinin mobil nömrənizə göndərilən təhlükəsizlik kodunu heç kəslə paylaşmayın və şübhəli keçidlər vasitəsilə daxil etməyin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]