“Scopus” elmmetrik bazasından effektiv istifadə” mövzusunda seminar keçiriləcək
Bakı, 14 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Scopus” elmmetrik bazasından effektiv istifadə” mövzusunda seminar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar “Elsevier” şirkəti tərəfindən Elm və Təhsil Nazirliyinin nəzdində olan elm və ali təhsil müəssisələri üçün “Scopus” elmmetrik bazasının imkanlarından effektiv istifadənin təmin olunması məqsədilə həyata keçirilən sertifikasiya proqramı (Scopus Certification Program) əsasında təşkil ediləcək.
Seminarda “Scopus” elmmetrik bazasından istifadə, bazada qeydiyyatdan keçmək qaydası və qeydiyyatdan keçməyin üstünlükləri izah olunacaq. Həmçinin “Scopus” axtarış bazasında məqalə, müəllif, mənbə və ya tədqiqat müəssisələri üzrə ilkin və təkmilləşdirilmiş axtarış, axtarışın redaktə olunması və dəqiqləşdirilməsi, axtarış tarixçəsinin saxlanılması və axtarış xəbərdarlıqlarının qurulması, axtarış nəticələrinin müxtəlif formalarda saxlanılması şərh ediləcək. Axtarış nəticələrinin analizi, axtarılan məqaləyə olunan istinadlar və məqalədə istinad olunan mənbələri görmək qaydası, jurnalların reytinqinin aşkarlanması və müqayisəsi, müəllif, mənbə və ya tədqiqat müəssisələri üzrə statistik məlumatların əldə olunması əyani olaraq göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]