“Səbail” klubu daha üç futbolçu ilə müqavilə imzalayıb
Bakı, 9 iyun, AZƏRTAC
“Səbail” futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda Yamin Ağakərimzadə və Aqşin Muxtaroğlu ilə birillik, Raul Yaqubzadə ilə isə ikiillik müqavilə imzalayıb.
Son olaraq “Zirə”nin formasını geyən 25 yaşlı yarımmüdafiəçi Yamin Ağakərimzadə bundan əvvəl “Rəvan” ilə də Premyer Liqa həyəcanı yaşayıb.
İyirmi beş yaşlı yarımmüdafiəçi Aqşin Muxtaroğlunun son klubu “Turan Tovuz” olub. U-17 millimizin şərəfini qorumuş A.Muxtaroğlu “Sumqayıt”ın heyətində də çıxış edib.
Ötən mövsüm “Zaqatala”da çıxış edən 23 yaşlı hücumçu Raul Yaqubzadə “Bakı”nın yetirməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]