SƏBAİL RAYON AĞSAQQALLARI İLK DƏFƏ SƏS VERƏCƏK GƏNCLƏRLƏ GÖRÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-də Səbail rayon ağsaqqallarının ilk dəfə səs verəcək gənclərlə görüşü olmuşdur.
Görüşdə oktyabrın 15-də keçiriləcək prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətindən danışılmış, onun demokratik, şəffaf keçirilməsində seçicilərin, o cümlədən gənclərin fəallığının vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün ölkədə mükəmməl qanunvericilik bazası yaradılmış, demokratik mühit formalaşmışdır.
Çıxış edən ağsaqqallar Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirmişlər.
Ağsaqqallar vurğulamışlar ki, bütün dünyada seçkilər demokratiyanın güzgüsü hesab olunur. Bu mənada seçkilər zamanı yalnız dövlət deyil, bütün cəmiyyət demokratiya imtahanı verir. Ona görə də cəmiyyətin bütün üzvləri bu məsələyə fəal, məsuliyyətlə yanaşmalıdırlar. Cəmiyyətin demokratiya imtahanından müvəffəqiyyətlə çıxması həm dövlətin, həm də xalqın uğurudur. Eyni zamanda, bu amil ölkəmizin dünya miqyasında mövqeyinin daha da güclənməsinin göstəricisidir.
Görüşdə mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]