İDMAN
Sebastyan Fettel və Lens Stroll gələn mövsümdə də “Aston Martin”in heyətində çıxış edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Almaniyalı Sebastyan Fettel və kanadalı Lens Stroll gələn mövsümdə də “Aston Martin”in heyətində çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə Formula 1 komandasının mətbuat xidmətindən məlumat verilib.
Sebastyan Fettelin 34 yaşı var, 2007-ci ildən Formula 1-də çıxış edir. Almaniyalı pilot dördqat dünya çempionudur. Bu titulların hamısını “Red Bull” (2010-2013) komandası ilə qazanan S.Fettel cari mövsümdə də “Aston Martin”də çıxış edir.
Lens Strollun isə 22 yaşı var. O, 2017-ci ildə Formula 1-də debüt edib. Bu müddət ərzində çempionatda 92 yarış keçirib və üç dəfə fəxri kürsüyə qalxıb. “Aston Martin”də isə 2019-cu ildən çıxış edir.