CƏMİYYƏT
Seçki Könüllülərinin fəaliyyəti regionlarda da davam edir
![](/files/galleryphoto/2024/1/1200x630/17061125485745047667_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170611254812489101_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061125482753419433_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061125486389828120_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17061125482967830502_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülərin növbədənkənar prezident seçkiləri ilə bağlı fəaliyyətləri Azərbaycanın bölgələrində də davam edir.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən ölkəmizin ümumi inkişafına böyük töhfə verən və ilk dəfə səsvermədə iştirak edəcək gənclərimizə seçki prosedurları barədə maarifləndirici bukletlər paylanılır.
Qeyd edək ki, seçki könüllüləri Naxçıvan Muxtar Respublikası, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində, eyni zamanda, paytaxtda fəaliyyət göstərirlər.
“Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliği, xüsusilə də seçkilərə ilk dəfə seçici kimi qatılacaq gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.