SEÇKİLƏRƏ HAZIRLIQLA ƏLAQƏDAR MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 16-17-də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində qarşıdakı parlament seçkilərinə hazırlıqla əlaqədar məşğələ keçirmişdir. İki gün davam edən məşğələdə dairə üzrə yaradılmış 61 məntəqənin komissiya üzvləri iştirak etmişlər. MSK-nın baş məsləhətçisi İlham Yusifovun iştirakı ilə keçirilən məşğələdə əsas diqqət komissya üzvlərinin maarifləndirilməsinə yönəldilmişdir. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi, ölkə Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamından irəli gələn vəzifələr ətraflı şərh edilmişdir.
Seçki siyahılarının dəqiqləşdirilməsi, komissiya üzvlərinin, müşahidəçilərin hüquq və vəzifələri, səslərin hesablanması, protokolların doldurulması və s. məsələlərlə bağlı seçki məcəlləsində göstərilən ayrı-ayrı müddəalar ətraflı izah edilmiş, habelə iştirakçıları maraqlandıran sullara aydınlıq gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]