REGİONLAR
Sədərək rayonunda işaxtaranlara 9 müəssisədən 78 boş iş yeri təqdim edilib
Sədərək, 14 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sədərək rayonun keçirilən əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 9 müəssisədən 78 boş iş yeri təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əmək yarmarkasında 11 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 3 nəfərin peşə hazırlığı kurslarına, 15 nəfərin isə özünüməşğulluqa cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Qeyd edək ki, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların münasib iş yerləri ilə təmin olunması istiqamətində təşkil edilən əmək yarmarkalarında vətəndaşlar müxtəlif müəssisələrdə boş iş yerləri ilə tanış olmaq, aktiv məşğulluq tədbirləri ilə yerindəcə məsləhət almaq və peşə kurslarına cəlb olunmaq imkanı qazanırlar.