Sədərək rayonunda növbəti ağacəkmə aksiyası keçirilir
Sədərək, 7 iyul, AZƏRTAC
Naxçıvan-Sədərək magistral yolunun ərtafında, Sədərək rayonunun ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, aksiyada 2 min 200 gül kolu, 50 çinar, 140 ardıc və 280 küknar ağacı əkilib.
Sahənin suvarılması üçün 1500 metr uzunluğunda damcı su xəttindən istifadə olunur.
Aksiyada Sədərək rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, aksiya bir həftə davam edəcək.