SƏDRLİK RUSİYAYA KEÇMİŞDİR
İyulun 1-də MDB Daimi Səlahiyyətli Nümayəndələr Şurasına sədrlik Birliyin nizamnamə və digər orqanları yanında daimi nümayəndəsi Yevgeni Belovun şəxsində Rusiya Federasiyasına keçəcəkdir. Moldova nümayəndəsi İvan Filimon və Tacikistanın nümayəndəsi Əmirxon Səfərov isə həmsədr olacaqlar.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin qərar Minskdə Birliyin nizamnamə və digər orqanları yanında MDB ölkələrinin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilmişdir.
Sədrlik hər bir iştirakçı ölkəyə onun nümayəndəsinin şəxsində rotasiya əsasında növbə ilə keçir. Hazırda Şuraya Moldova Respublikası sədrlik edir.
İclasda Birliyin gələcək inkişaf Konsepsiyasının müddəları nəzərə alınmaqla, MDB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında təkliflərin hazırlanması da müzakirə olunmuşdur.
Bundan əlavə, İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilmiş qeyri-formal görüşü haqqında informasiya ilə çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]