Şəfəq Hüseynli: son iki ildə ölkəmizdə idmanın təmizliyi üçün böyük işlər görülüb
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasından iki il ötür.
AZƏRTAC xəbər verir ki, müstəqil qurum olan AMADA 2016-cı il dekabrın 23-də Azərbaycanda antidopinq proqramının həyata keçirilməsi məqsədilə yaradılıb. Bu model dünyada effektiv antidopinq proqramları üçün qızıl standart hesab edilir.
Təsis olunmasından cəmi iki il keçməsinə baxmayaraq, Azərbaycan Milli Antidopinq Agentliyi və onun gördüyü işlər qlobal antidopinq hərəkatı tərəfindən tanınır və yüksək qiymətləndirilir. AMADA təhsil, tədqiqat, hədəfli testlər, sanksiyalar, hüquq-mühafizə orqanları ilə effektiv əməkdaşlığa əsaslanan hərtərəfli antidopinq yanaşmasını tətbiq edir. AMADA-nın heyəti səylərini idmançıların sağlam və təmiz şəraitdə rəqabət aparmaq hüququnun müdafiəsinə və yarışmanın dürüstlüyünün qorunmasına yönəldir.
Agentliyin direktoru Şəfəq Hüseynli deyir: "İki ilin nəticələrinə yekun vurarkən, deyə bilərəm ki, bunlar uğurlu və müvəffəqiyyətli illər olub. Qeyd etmək istərdim ki, ölkə rəhbərliyi dəstəyini əsirgəməyib və effektiv antidopinq siyasətinin həyata keçirilməsi üçün lazımi şərait yaradıb. Bizə kömək göstərən hər kəsə dərindən təşəkkür edirəm. Son iki ildə ölkəmizdə idmanın təmizliyinin qorunması üzrə böyük işlər görülüb və bu kurs davam etdiriləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]