“SƏFƏVİLƏR” FİLMİNİN ÇƏKİLİŞLƏRİNƏ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Səfəvilər” filminin çəkilişlərinə başlanmışdır.
Film Azərbaycan tarixində silinməz iz qoyan, iki əsrdən çox hakimiyyətdə olan Səfəvilər sülaləsinə həsr olunmuşdur.
Ekran əsərinin əsas məqsədi Səfəvilərin tarixini, xüsusən də Şah İsmayıl Xətai dövründə dövlət quruculuğunu, dinimizə, mədəniyyətimizə göstərilən qayğını əks etdirməkdir. Filmdə Səfəvilər dövründə Avropa ölkələrinə göndərilən məktubların Azərbaycan dilində yazıldığı, ən əsası isə əcnəbilərin dilimizi öyrənmələri üçün Təbriz kitabxanasında xüsusi kursların yaradılması və digər faktlar da öz əksini tapacaqdır.
Filmdə o dövrün sənətkarları olan Kəmaləddin Behzad, Sultan Məhəmməd, Ağamirək kimi miniatür ustalarından da söhbət açılacaqdır.
Çəkilişlər Şamaxıda və Qusarda, habelə Ərdəbil və İstanbulda aparılacaqdır. Filmin ssenari müəllifi Əli Alıyev, rejissoru Tariyel Vəliyev, operatoru Mahir Cahangirovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]