Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfil və uğursuz "uşaq": Ermənistan prezidentinin özünü ifşa etməsi

Səfil və uğursuz "uşaq": Ermənistan prezidentinin özünü ifşa etməsi

Serj Sarkisyan nəinki dünya, heç regional səviyyədə belə ciddi siyasətçi obrazına malik deyil. Onun hansısa konkret geosiyasi məsələdə faydalı fikir söylədiyini eşidən olmayıb. Aprel ayında Azərbaycan Ordusunun yaxşıca "kötəyini yedikdən" sonra isə o, psixoloji pozuntuya uğrayıb. Ayıq olanda elə sarsaqlayır ki, normal adam heç yuxuda o cür axmaq şeylər söyləməz. Almaniyanın "sarı" nəşri olan "Bild"ə verdiyi müsahibədə və Çexiya prezidenti ilə görüşdə ifadə etdiyi fikirlərdə erməni lider bir daha sübut etdi ki, "özünüifşa texnologiyası"ndan başqa bir biliyə sahib deyil. Hər kəsin bildiyi faktları təhrif olunmuş formada kosmosdan ona gizli ötürülən həqiqətlər kimi təqdim etməyə cəhdlər etməkdən əl çəkmir. Doğrudan, bu cırtdan adam nə vaxtsa "Ginessin rekordlar kitabı"na düşə bilər. Onu "dünyanın ən qüsurlu adamları - belə olmayın" bölməsində birinci sırada göstərmək olar. Burada ancaq bir söz qalır: "vay sənin halına..."

Riyakarlığın yeni nümunəsi: Sarkisyanın sürətli deqradasiyası

Ermənistan prezidenti Serj Sarkisyanın qorxaq, riyakar və yalançı olduğunu bilənlər çoxdur. Dağlıq Qarabağda qatil terrorçu kimi bir müddət pis işlərlə məşğul olduqdan sonra, İrəvanda vəzifə kürsüsündə eyni əməllərini davam etdirir. Onu nə Ermənistanın daxili siyasi mühiti, nə də dünya siyasi dairələri tərbiyələndirə bilmir. Bunların səbəbləri vardır.

Çünki S.Sarkisyan biryolluq özünü axmaq yerinə qoyub, havadarlarının gizli göstərişləri ilə uşaq kimi hərəkət edir. Bütün dünyanın gözü qarşısında baş verənləri tamamilə yalan məzmunda təqdim etməyə çalışır ki, "yazıq erməni" obrazının ömrünü bir qədər də uzatsın. Dövlət başçısı olaraq S.Sarkisyanın bundan fərqli addımlarının olmadığını minlərlə faktlar təsdiq edir. Son olaraq onun Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibəsi və Çexiya prezidenti Miloş Zemanla keçirdiyi birgə mətbuat konfransında söylədikləri əyani sübutdur.

Alman jurnalistə müsahibəsində S.Sarkisyan öz psixoloji və mənəvi-əxlaqi ənənəsinə uyğun olaraq başdan-ayağa yalanlar uydurub. Onun bütün cümlələrində yalnız bir təhrikçi vurğu mövcuddur - "siz avropalılar Türkiyə və Azərbaycanı Ermənistana görə ittiham etməlisiniz, çünki ədalət və həqiqət yalnız ermənilərdə ola bilər" (bax: Серж Саргсян в интервью "Bild": Я не могу понять страх германских политиков перед Эрдоганом / "News.am", 1 iyun 2016).

Əvvəlcə bir məqama diqqət çəkək. "Bild" adı bir çox insanda təntənəli və Avropanın nüfuzlu qəzeti təəssüratını yarada bilər. Axı, son illərdə bizim cəmiyyətin bir kəsimində "xaricidirsə, hətta avropalıdırsa, deməli, yaxşıdır" kimi yanlış təsəvvürlər formalaşıb. Reallıqda Almaniyanın "Bild" və İngiltərənin "The Sun" qəzetləri ucuz və yalançı sensasiyalar axtaran nəşrlər kimi tanınırlar. Nəinki Qərbin, hətta bütün dünyanın şər-böhtan atanları, əsassız, lakin sensasiya yarada bilən qərəzli fikir söyləyənləri, müxtəlif sahələrdə baş verənləri riyakarcasına izah edənləri bu nəşrlərə müraciət edirlər.

S.Sarkisyanın da məhz "Bild"ə müsahibə verməsi tamamilə başa düşüləndir. Qədim yunan fəlsəfəsində bir məşhur fikir var: "hər şey öz oxşarına can atar"! Sarkisyan "Bild"ə, həmin qəzet-tabloid də erməni liderə yaraşırlar! Müsahibə üçün verilən şəkil də situasiyanı adekvat əks etdirir - Ermənistan prezidenti sifətindəki zəhrimarla inamsızlığı jurnalist Paul Ronshaymerin aurasına istiqamətləndirib ki, bu zavallı da onu qəbul etməyin zillətini çəkir! S.Sarkisyanın həmin pozada söylədikləri də bu səbəblərdən yalan və iyrəncliklərlə doludur.

Müsahibənin məzmununa gəldikdə isə, S.Sarkisyan bütün məqamlarda həqiqəti deyil, naşı adamların inana biləcəyi şeyləri ifadə etməyə çalışıb. Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın etibarlı tərəfdaş olmadığı barədə söylədikləri yalnız gülüş doğurur. Çünki təcrübə çox aydın göstərir ki, həmişə sözündən qaçan, şər-böhtanla məşğul olan məhz İrəvan rəsmiləri olub. Məsələn, Ermənistan nəyə görə BMT-nin qəbul etdiyi məlum 4 qətnaməni yerinə yetirmir? Rəsmi İrəvan niyə Azərbaycan torpaqlarını işğal altında saxladığını etiraf etmir? Ermənistanda neçə türk yaşayır, yaxud işləyir? Heç neçə. Türkiyədə isə 100 minlərlə erməni iş dalınca gəlib və onların birinə belə toxunan yoxdur. Siz, hansısa türkün İrəvanın küçələrində rahat dolaşa biləcəyini təsəvvür edirsinizmi? İndiki halda bu, mümkün deyil!

Primitivlik: erməni liderin irsi qüsuru

Bəs onda S.Sarkisyan hansı etibardan və səmimiyyətdən danışır? Rəhbəri olduğu ölkədə türk-müsəlman adına bu qədər nifrət, düşmənçilik hökm sürüsə, Ermənistanın münasibətləri düzəltmək üçün hər hansı addımı ata biləcəyindən danışmaq mümkündürmü? Bunun qarşılığında Azərbaycanda minlərlə erməni yaşayır, İranda onların hətta xüsusi imtiyazları var, Türkiyədə isə ermənilərin qəzetləri, təşkilatları, iş yerləri, şirkətləri mövcuddur, gəlmələr də işlə təmin olunur (təbii ki, dünyanın heç bir ölkəsində 100 faiz təminat yoxdur).

S.Sarkisyan bu faktların qarşısında utanmadan və qızarmadan deyir ki, ermənilər xristian dəyərlərini üç müsəlman dövlətindən qoruyur. İndi Ermənistan adlanan ərazidəki Azərbaycan mədəniyyət abidələrini məhv edib, dağıdan, onlar üzərində müxtəlif təhqiramiz hərəkətlər edən ermənilər deyilmi? Aşıq Ələsgərin, Aşıq Alının qəbirləri nə vəziyyətdədir? Azərbaycan qəbiristanlıqlarını kimlər talan ediblər? Azərbaycan maddi və mənəvi zənginliyinin məkanlarından olan Göyçədə daş-daş üstündə qalıbmı? Azərbaycan mədəniyyətinin beşiklərindən sayılan Şuşada mədəniyyət xadimlərinin büstlərini ermənilər təhqir etməyiblərmi? Heydər Əliyev Fondu erməni kilsəsini pulsuz qazla təmin edir, orada təmir işləri aparıb. Ermənistanın hansı fondu Azərbaycan mədəniyyətinin qorunması ilə bağlı addım atıb?

Bir nümunə belə tapa bilməzsiniz. İndi təsəvvür edin, bu qədər real faktların fonunda S.Sarkisyan adlanan bir separatçı-yalançı Azərbaycanı və Türkiyəni ittiham edir, ədalətdən, həqiqətdən danışır. Hər cümləsinin sonunda isə yalvarır - "bizi müdafiə edin, onları ittiham atəşinə tutun"! Əgər mayan təmizdirsə, niyə məhv olmaqdan qorxursan? Türkiyənin, yaxud Azərbaycanın dövlət başçısı kimlərinsə onların ölkəsini məhv edəcəyindən bir dəfə də olsun söz açıblarmı? Xeyr, çünki onların niyyəti safdır, məqsədləri məhv etmək deyil, əməkdaşlıq, mehriban qonşuluq, quruculuqdur, inkişafdır. Azərbaycan və Türkiyə rəhbərləri dünyanı xilas etməkdən, ədalətdən bəhs edirlər. Onlar müharibəyə, qarşıdurmaya deyil, sülhə çağırırlar.

Budur, S.Sarkisyan isə növbəti dəfə lap küçə uşağı kimi fikir bildirir. O, Çexiya prezidenti ilə bərabər keçirdiyi mətbuat konfransında həm faktları təhrif edir, həm də Azərbaycan Prezidenti haqqında reallıqdan uzaq fikirlər söyləyir (bax: məs., Надеюсь, это "мальчишество" - Серж Саркисян об Алиеве / "Lragir.am", 8 iyun 2016). İlham Əliyev isə yenə də təmkinlə, siyasi etiketi gözləyərək, lakonik cavab verir. Azərbaycan Prezidenti iyunun 8-də müsəlman ölkələrinin səfirlərini qəbul edərkən bu kontekstdə deyib: "Ermənistan prezidentinin və digər şəxslərin ucuz, nalayiq çıxışları riyakarlığın təzahürüdür" (bax: Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib / AZƏRTAC, 8 iyun 2016).

Çox gözəl və ibrətamiz cavabdır. Çünki İlham Əliyev Ermənistan prezidentinə əsl siyasi, ideoloji və əxlaqi dərs verib. Anladıb ki, küçə uşağı kimi qarayaxmalarla məşğul olmaqdansa, ciddi siyasi addımlar atmaq gərəkdir. Hər şeydən əvvəl ona görə ki, öz xalqını bada verirsən, Ermənistan adlanan qondarma dövlətin məhvinə aparan işlər görürsən. Ən əsası isə indi dediklərini nə vaxtsa, mühakimə olunacağın Azərbaycan məhkəməsində sübut etməyə çalışacaqsan. Təbii ki, bunu edə bilməyəcəksən, çünki dediklərin cəfəngiyatdır. Onda layiqli cəzanı mütləq alacaqsan! Bundan qaçış yoxdur!

Əslində, S.Sarkisyan və onun kimilərin bu cür məntiqsiz, əsassız və siyasətçi üçün qeyri-ciddi olan bir aspektdə danışmaları təsadüfi deyil. Onların real arqumentləri tükənib. Biz neçə ildir ki, Azərbaycan siyasi-diplomatik cəbhədə rəsmi İrəvanı sözün həqiqi mənasında qamçılayır. Ermənistan rəhbərliyinin siyasi kimliyində bu zərbələrdən "göyərməmiş" yer qalmayıb. Bu ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu eyni effektlə Ermənistan silahlı qüvvələrinə güclü zərbələr endirdi. Hazırda İrəvanın özünü üstün saya biləcəyi bir sahəsi belə yoxdur. Ona görə də bütün nifrətini başqa dövlətin siyasi liderlərinə istiqamətləndirməyə çalışırlar. Çünki onların güclü və uğurlu olduğunu bilirlər. Ermənistanın məğlubiyyətində İlham Əliyevin lider və dövlət başçısı kimi üstün keyfiyyətləri əsas rol oynayıb! Bu mənada S.Sarkisyan özünü əsl səfil və uğursuz uşaq kimi aparır.

Bütün bunları "sarı" "Bild"in jurnalisti bilmir? Bütün dünya bilir, lakin elə dairələr vardır ki, S.Sarkisyan kimi yalançı və böhtançıdan qısa müddətli siyasi-ideoloji məqsədləri üçün istifadə edirlər. Bu dəfə də belədir. Necə deyərlər, "birdəfəlik" istifadədən sonra "çölə atılacaq"!

Newtimes.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər