Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir Qo Min: Çin-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb

Səfir Qo Min: Çin-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb

Bakı, 30 sentyabr, AZƏRTAC

1992-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan möhkəm təməl üzərində qurulan ikitərəfli münasibətlər qarşılıqlı fayda əsasında uğurla inkişaf edir. İkitərəfli münasibətlərin inkişafı kursu həm Azərbaycan rəhbərliyinin, həm də ÇXR rəhbərliyinin xarici siyasətində həmişə prioritet olub.

Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edir. Böyük İpək Yolu ilə tarixən bağlı olan Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq son illərdə yeni təkan alıb. Bu, ilk növbədə Avrasiya nəqliyyat-iqtisadi dəhlizlər yaradılması, habelə İpək Yolu boyunca yerləşən ölkələrin humanitar əlaqələrinin genişləndirilməsi, siyasi ünsiyyət və mədəniyyətlərarası dialoq üzrə Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakı ilə bağlıdır.

AZƏRTAC bu münasibətlə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin məqaləsini təqdim edir.

X X X

2022-ci il oktyabrın 1-də Çin Xalq Respublikasının yaradılmasından 73 il keçir. Bu mühüm hadisə ilə əlaqədar ÇXR-in Azərbaycandakı səfirliyi adından Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələrinə - daim Çinin inkişafının qayğısına qalan, ölkələrimiz arasında dostluğu dəstəkləyən insanlara səmimi minnətdarlığımı və dərin hörmətimi bildirmək istərdim. İcazə verin, Azərbaycandakı bütün həmvətənlərimi də səmimi qəlbdən salamlayım və təbrik edim.

73 il bundan əvvəl Çin Xalq Respublikası yaradıldığı andan Çin xalqı Çin Kommunist Partiyasının qətiyyətli rəhbərliyi ilə əzmlə çalışır, öz milli reallıqlarına uyğun gələn Çin spesifikalı sosializm yolu ilə irəliləyir. Bu illər ərzində Çin öz qüdrətini artırmaq, böyük nailiyyətlər qazanmaq üçün güclü sıçrayış edib. Bu nailiyyətlər Çin millətinin və bəşər sivilizasiyasının inkişafı tarixinə daxil olub. Çinin iqtisadi, elmi və texnoloji qüdrəti və beynəlxalq təsiri yeni səviyyəyə çatıb. Çin dünyada ikinci ən böyük iqtisadiyyata malik olan ən iri sənaye dövləti, əmtəələrin ən iri tədarükçüsü və valyuta ehtiyatlarının ən iri sahibi olub. Çin həm də dünya iqtisadiyyatının “mühərriki”, regional əməkdaşlığın “sürətləndiricisi” və qlobal inkişafın “sabitləşdirici lövbəri” olub.

XVIII Ümumçin qurultayından sonra yoldaş Si Çinpin başda olmaqla Çin Kommunist Partiyası Mərkəzi Komitəsi böyük tarixi təşəbbüskarlıq, böyük siyasi mərdlik və böyük məsuliyyət nümayiş etdirərək, çətinlikləri aradan qaldıraraq köhnəlikləri inqilabi şəkildə dəyişdirib, yeniliyi təşviq edib, tarixi nəticələrə nail olmaq və tarixi islahatlar keçirmək üçün partiya və dövlətin işini irəli aparıb. Çin millətinin böyük dirçəlişi kimi qarşısıalınmaz tarixi proses belə başlanıb. 2021-ci ildə Çinin ÜDM-i 17,73 trilyon AB, dollarına çatıb, adambaşına ÜDM 12.500 dollardan çox olub. Dünya iqtisadiyyatının artımına Çin iqtisadiyyatının ümumi töhfəsi təqribən 30 faiz səviyyəsində qalıb və Çin dünyada iqtisadi artımın ən iri hərəkətverici qüvvəsinə çevrilib. Biz bu yüzilliyin birinci hədəfinə uğurla çatmışıq: Çində orta təminatlı cəmiyyət qurulub. Çin xalqı mütləq yoxsulluq problemini həll edib və yüzilliyin ikinci hədəfinə - modernləşdirilmiş böyük sosialist dövləti qurmaq yoluna qədəm qoyub. Çin diplomatiyası əzmlə və novatorcasına irəliləyir, tarixi nailiyyətlər qazanır. Çin spesifikalı böyük dövlətin diplomatiyası hərtərəfli inkişaf edib. “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə həyata keçirilməsində səmərəli praktiki nəticələr əldə edilib; vahid taleli bəşər cəmiyyətinin qurulması zamanın ruhunu və bəşəriyyətin hərəkət istiqamətini göstərən bayrağa çevrilib. Qlobal inkişaf və qlobal təhlükəsizlik təşəbbüsləri iki əsas beynəlxalq problem - sülhün təmin edilməsi və inkişaf üçün yeni qərarlar və ideyalar aşkara çıxarıb. Yeni dövrdə Çin həmişə öz inkişafını bəşəriyyətin inkişaf koordinatları sisteminə uyğunlaşdırıb. Çin inkişaf yolunda durmadan irəliləyir, dünyaya xeyir verir, bütün dünyada sülhün qurucusu, qlobal inkişafın iştirakçısı və beynəlxalq asayişin müdafiəçisi kimi çıxış edərək insanların qəlbini fəth edir.

Oktyabrın 16-da Pekində Çin Kommunist Partiyasının XX Ümumçin qurultayı keçiriləcək. Fövqəladə əhəmiyyətə malik olan bu tədbir başa çatanda partiyamız modernləşdirilmiş sosialist dövləti quruculuğuna və yüzilliyin ikinci hədəfinə nail olmaq üçün yeni yürüşə çıxacaq. Qurultayda islahatlar və Çinin inkişafı gedişində toplanmış mühüm nailiyyətlər və qiymətli təcrübə hərtərəfli ümumiləşdiriləcək, milli inkişafın yeni reallıqları və xalqın gözləntiləri tam şəkildə nəzərə alınmaqla fəaliyyət proqramları və siyasi kurslar müəyyən ediləcək. Biz Çin spesifikalı modernləşmə vasitəsilə Çin millətinin dirçəldilməsi üçün israrla çalışacaq, bəşəriyyətin vahid taleli cəmiyyətinin qurulmasına fəal kömək edəcək, Çinin gələcək inkişafı sayəsində dünyaya yeni imkanlar açacaq, bütün dünyada sülhün və inkişafın, bəşər sivilizasiyasının tərəqqisinin təmin edilməsinə öz müdrikliyimizi və qüvvəmizi sərf edəcəyik.

Bu il biz Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyini təntənəli şəkildə qeyd edirik. Bu 30 il ərzində Çin-Azərbaycan münasibətləri daim dəyişməkdə olan beynəlxalq şəraitdə zamanın sınağından uğurla çıxıb. Bizim qarşılıqlı siyasi etimadımız daim dərinləşib, praktiki əməkdaşlıq səmərəli nəticələr verib, humanitar və mədəni əlaqələr daha sıx olub. Ənənəvi dostluq dərinləşib. Hazırda bizim ikitərəfli münasibətlərimiz tarixi yüksək səviyyəyə çatıb. Sentyabrın 15-də ÇXR sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti çərçivəsində uğurlu ikitərəfli görüş qarşılıqlı münasibətlərin gələcək inkişafının yeni istiqamətini müəyyən edib, bu prosesə yeni təkan verib. ÇXR sədri Si Cinpin vurğulayıb ki, hər iki tərəf qarşılıqlı münasibətləri strateji baxımdan nəzərdən keçirməli və planlaşdırmalıdır. Tərəflər qarşılıqlı etimadı möhkəmlətməli, qarşılıqlı dəstəyi gücləndirməli, müxtəlif sahələrdə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın sabitliyinə, dərinliyinə və praktiki səmərəsinə şərait yaratmalıdır.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan hökuməti və Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin dost əhval-ruhiyyəli nümayəndələri ilə birlikdə dövlət başçıları arasında əldə edilmiş mühüm konsensusu qətiyyətlə həyata keçirmək üzərində çalışmağa, “Bir kəmər, bir yol” birgə təşəbbüsü çərçivəsində praktiki əməkdaşlığı dərinləşdirməyə, ikitərəfli münasibətləri daha yüksək səviyyə çatdırmağa hazırdır.

Müdriklər demişkən, yolçu yolda gərək. Bu əsrdə baş vermiş, əvvəllər misli görünməmiş pandemiya və digər qlobal hadisələr fonunda dünya yeni coşqun dəyişikliklər dövrünə qədəm qoyub. Tarixdə və dünyada nadir hallarda rast gələn risklər və təhdidlər qarşısında Çin Azərbaycan ilə birgə işləməyə, tarixin və bəşəriyyətin tərəqqisində düzgün mövqe tutmağa hazırdır. Gəlin əl-ələ verib bəşəriyyətin vahid gələcəyini quraq, dünyamızı birlikdə təkmilləşdirək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO