Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Türkiyədəki əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar

Səfir: Türkiyədəki əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar

Ankara, 25 mart, AZƏRTAC

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası cəmiyyətdə böyük gərginlik yaradıb. Bu bəladan Azərbaycanı və soydaşlarımızı qorumaq dövlətimizin prioritet vəzifəsi kimi gündəmdədir. Yaxın günlərdə xaricdəki vətəndaşlarımızın öz istəklərinə uyğun olaraq ölkəmizə təxliyəsi ən mühüm və vacib vəzifələrdən biri olmuşdur. Nizamlı qaydada və yüksək peşəkarlıqla həyata keçirilən bu prosesin uğurla davam etməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Təxliyə prosesinin ilk başlandığı və daha çox insanı əhatə etdiyi məkanlardan biri də qardaş Türkiyədir. Görülən işlər və real vəziyyət barədə ictimaiyyətimizi geniş məlumatlandırmaq üçün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə müraciət etdik:

-Xəzər müəllim, digər ölkələrlə yanaşı, qardaş Türkiyədə də çox sayda azərbaycanlı var. Azərbaycan yeni növ koronavirusla mübarizə çərçivəsində digər ölkələrdə olan vətəndaşlarının təxliyəsinə xüsusi önəm verir. Bilmək istərdik bu istiqamətdə hazırkı vəziyyət nə yerdədir?

- Bildiyiniz kimi, yeni növ koronavirusdan ölkəmizi və vətəndaşlarımızı qorumaq üçün dövlətimiz kompleks tədbirlər həyata keçirir. Bütün tədbirlərin əsasında insan amili dayanır. Azərbaycanlıları bu qlobal problemdən qorumaq üçün dövlətimizin qəbul etdiyi qərarlarda təbii ki, xaricdəki həmvətənlərimiz də diqqət mərkəzində saxlanılır. Burada hərtərəfli mənəvi dəyərlər kompleksi mövcuddur. Məlum olduğu kimi, qlobal xarakter daşıyan COVID-19 pandemiyası ilə əlaqədar bu il martın 15-də saat 00:00-dan etibarən Azərbaycan ilə Türkiyə arasında uçuşlar dayandırılıb və dövlətlərarası sərhədlər müvəqqəti bağlanılıb. Bu tarixindən etibarən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti ilə Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarımız və müvafiq dövlət qurumlarımızla əlaqələndirilmiş qaydada qardaş ölkədəki vətəndaşlarımızın vətənimizə dönmək istəyən bir qismininin (2100 nəfərdən artıq) hava və quru nəqliyyatı vasitəsilə geri qayıtması təmin edilib. Ölkəmizə geri dönmək istəyənlər arasında öncə azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilib. Martın 24-də isə futbol düşərgəsinə gələn 9 azyaşlı da daxil olmaqla, ehtiyacı olan vətəndaşlar dövlətimizin başçısının və birinci xanımın növbəti qayğısı nəticəsində Azərbaycana dönüb. Məlum olduğu kimi, Azərbaycana qayıdan vətəndaşlarımız ölkəmizə daxil olarkən 14 gündən 21 günədək karantində saxlanılırlar.

- Virusologiya üzrə dünyada tanınmış ekspertlər tövsiyə edirlər ki, yoluxma tempi aşağı düşənə qədər insanlar uzaq səfərlərə çıxmasınlar. Türkiyədə müxtəlif sahələrdə çalışan, hətta evi olan vətəndaşlarımızın da bəzi hallarda bu vəziyyətdə yola çıxdığını görürük. Bu riskli deyilmi?

- Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının sağlamlığını və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib. Bununla bağlı çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Heç bir ölkə limitsiz resurslara malik deyil. Hamı özünü qorumağa çalışır. Mövcud durumda Türkiyədəki vətəndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir. Bu səbəbdən Azərbaycan dövlətinin və qardaş Türkiyənin təhlükəsizliyinin təmin edilməsi naminə Türkiyədəki hər bir Azərbaycan vətəndaşını səfərlərini mümkün qədər məhdudlaşdırmağa, təmkinli davranmağa, yaşadıqları məkanlarda özünütəcrid qaydalarına əməl etməyə və insanların sıx olduğu yerlərdən uzaq durmağa çağırırıq. Dünya və bölgə təcrübəsi göstərir ki, bunlara tam riayət etməyən ölkələr ən çətin vəziyyətdədirlər. Böhranla üz-üzə qalan ölkələrin sayı artmaqdadır. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Bütün bunlara anlayışla yanaşanlara təşəkkür edirik.

- Hazırda vətəndaşlarla təmas hansı səviyyədədir və iş necə qurulub?

- İki qardaş ölkə arasında sərhədlər müvəqqəti bağlandığı gündən səfirlikdə və baş konsulluqlarımızda “qaynar xətt”lər fəaliyyət göstərir. Əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Nəzərə almaq lazımdır ki, əməkdaşlarımız da insandır və mövcud problemin riski onlara da aiddir. Buna baxmayaraq, hər bir vətəndaşımızın təhlükəsizliyi üçün var qüvvəmizi səfərbər etmişik. Mövcud telefon xətti həddindən artıq yüklüdür. Dayanmadan zənglərin gəldiyindən təbii ki, hər zəngə cavab vermək mümkün deyil. Amma bu günədək 20 mindən çox müraciətə cavab verilib. Daha səmərəli kommunikasiya üçün səfirlik yeni email hesabları açıb. Ünvanlara daxil olan bütün müraciətlər qeydiyyata alınır. Mesajlara cavab verilir. Bundan əlavə, səfirlik və bizim təhsil müşavirliyimizinin sosial şəbəkə resursları vasitəsilə də vətəndaşlarımız hazırkı durumla bağlı həm ən yeni məlumatlar və bəyanatlarla tanış olur, həm də müraciət edə bilirlər.

- Müsahibə üçün təşəkkür edirik.

- Biz də, ilk gündən görülən işlər barədə ictimaiyyətimizi geniş məlumatlandırdığı üçün AZƏRTAC-a minnətdarıq.

Qeyd edək ki, səfirlikdəki “qaynar xətt”lərin nömrələri və email adreslər belədir:

Səfirliyin nömrəsi: +90 537 282 67 40.

Səfirliyin e-maillər ünvanları: [email protected] ; [email protected] 

Səfirliyin təhsil müşavirliyinin nömrəsi: 0312 490 25 42.

Konsulluq məsələləri üçün Səfirliyin e-mail ünvanı: [email protected] 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib