Şəhər sakinləri və qonaqlar Vyetnam mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər
Bakı, 28 iyul, AZƏRTAC
Bakıda "Vyetnam günləri" layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir. Həmin tədbirlərdən biri iyulun 27-də İçərişəhərdə təşkil olunub. Tədbir zamanı iştirakçılara Vyetnamın milli geyimləri, mətbəxi, təsviri incəsənət nümunələri təqdim edilib.
Bunu AZƏRTAC-a müsahibəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Kommunikasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zinyət Brumendfard deyib.
"İyulun 30-dək davam edəcək layihənin hər günü fərqli ərazilərdə müxtəlif tədbirlərlə yadda qalacaq. İyulun 27-də İçərişəhərdə şəhər sakinləri və qonaqlar səhər saat 10-dan axşam 9-dək Vyetnam mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər", - deyə Z.Brumendfard bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:10]
Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]