REGİONLAR
Şəhid övladlarının bayram sevinci FOTO VİDEO
Füzuli, 1 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları üçün bayram tədbiri keçirilib.
Bayram tədbirində şəhid ailələri və övladları ilə birlikdə rayon icra hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və rayonun təhsil sektorunun nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin azyaşlı uşaqları, onların valideynləri üçün rəngarəng bayram konserti təşkil edilib, bayram süfrəsi açılıb.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev uşaqları əlamətdar gün münasibətilə təbrik edib. Ulu öndər Heydər Əliyevin uşaqlara olan sonsuz sevgisindən, onlara qayğı və diqqətlə yanaşmasından söz açan icra başçısı bildirib ki, bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Şəhid ailələri ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün hər cür şərait yaradıldığını, dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər.
Təbirin sonunda şəhid uşaqlarına bayram hədiyyələri təqdim edilib.