ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Gürcüstan parlamentinin nümayəndə heyəti həmin gün Şəhidlər xiyabanında olmuşdur.
Gürcüstanlı deputatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin məzarları üstünə tər qərənfillər düzmüşlər.
Sonra qonaqlar buradan Bakının füsunkar mənzərəsini seyr etmişlər.
Qonaqları Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov və gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze müşayiət etmişlər.