“Səhra mətbəxi” müsabiqəsində Azərbaycanın hərbi aşpazları liderlər sırasındadır
Bakı, 8 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2017” yarışları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak edən Azərbaycanın hərbi aşpazları liderlər sırasına daxil olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ikinci mərhələnin yekun nəticələrinə görə, Rusiya və Belarusdan sonra 3-cü yeri tutan Azərbaycan hərbi aşpazları 3-cü mərhələdə Belarus nümayəndələrini arxada qoyaraq 2-ci yerə yüksəliblər.
Milli mətbəximizi yüksək səviyyədə təqdim edən hərbi aşpazlarımızın yarışlardakı uğurlu iştirakı davam edir.