Şəhriyar Məmmədyarov: Gücümü qorumağa çalışıram
Şəmkir, 1 aprel, Səxavət Quliyev, AZƏRTAC
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirinin ilk turunda təmsilçimiz Şəhriyar Məmmədyarovun rusiyalı Aleksandr Qrişukla partiyası heç-heçə yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, oyundan sonra şahmatçılar mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildiriblər.
A.Qrişuk heç-heçə ilə razı olduğunu vurğulayıb: “Bir az yorğun idim. Nəticədən razıyam. Turnirlər boyunca istirahət etmədiyimi düşünürəm. Nə qədər oyun varsa, o qədər çox istirahət etmək lazımdır”.
Həyatda gənc həmkarlarının nə istədiklərini başa düşmədiyini deyən zəka sahibi şahmatda onları yaxşı anladığını bildirib. O, gənclərlə oynamağın çətin olduğunu qeyd edib.
Ş.Məmmədyarov son dəfə belə tez zamanda heç-heçəni dünya kubokunda rusiyalı Sergey Karyakinə qarşı oynayarkən etdiyini deyib. Şahmatçı onun üçün mövsümün əsas hissəsinin may ayından başlayacağını bildirib: “Belə turnirlərin çox olması mənim üçün normaldır. Bu il mənim ən çox oynayacağım il olacaq. Belə turnirlərdə hər bir oyun məndən enerji aparır. Çalışıram gücümü qoruyum. Heç-heçə vəziyyəti varsa, buna razılaşıram. Bu, nomaldır. Burada heç bir sirr yoxdur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb
- 12.10.2026 [11:41]
Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
- 12.10.2026 [11:31]
AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib
- 12.10.2026 [10:47]