ŞƏKƏR ÇUĞUNDURU YIĞIMINA BAŞLANMIŞDIR
Ağdaş rayonunda bu ilin yazında ilk dəfə olaraq şəkər çuğunduru əkini aparılmışdır. Torpaq mülkiyyətçiləri becərmə tədbirlərini yüksək aqrotexniki qaydalarda həyata keçirmiş, sahələrdə bol məhsul yetişdirmişlər. Rayon icra hakimiyyətinin aqrar şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təsərrüfatın bu yeni sahəsi “Şəkər çuğunduru istehsal birliyi” MMC-nin təşəbbüsü, onların sahibkarlarla fərdi müqavilələri nəticəsində yaradılıb. Cəmiyyət tərəfindən toxumla təmin edilən əməkçilər ilkin olaraq 228 hektarda səpin keçirmiş, yaxşı məhsul yetişdirmişlər. Artıq bir neçə gündür ki, yerlərdə məhsul yığımına başlanmışdır. Rayonun Qarağan Sədi, Qaroğlan, Yuxarı Nemətabad kəndlərində daha yüksək məhsuldarlıq gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]