ŞƏKƏRLİ DİABET ASİYALILAR ÜÇÜN QUŞ QRİPİNDƏN DAHA TƏHLÜKƏLİDİR
DST yanında Şəkərli Diabet Mərkəzinin və şəkərli diabeti tədqiq edən Avstraliya Beynəlxalq İnstitutunun direktoru Pol Zimmet mütəxəssislərin nəticələrini şərh edərək demişdir: ”Qarşıdan qlobal şəkərli diabet sunamisi gəlir. Bu, XXI əsr səhiyyəsinin böhranı olacaqdır və son 200 ildə ilk dəfə insan ömrünü qlobal miqyasda qısalda bilər”.
Sənəddə deyilir ki, təcili tədbirlər görülməsə, qarşıdakı 10 ildə şəkərli diabet və ürək ağrısı kimi xroniki xəstəliklərdən təxminən 388 milyon adam öləcəkdir.
Zimmetin fikrincə, asiyalılar şəkərli diabetə daha çox tutulurlar. Bu, təkcə onların genetik xüsusiyyətləri ilə deyil, həm də Asiyada sürətlə yayılan “amerikalaşdırılmış” tez və qeyri-sağlam qida, qitə sakinlərinin az hərəkət etməsi ilə bağlıdır. Zimmet bu iki bəlanı xüsusi terminlərlə belə adlandırmışdır: “Coca-Colanization” (“Koka-Kola” içkisinin adından) və “Nintendoization” (Nintendo oyun kompüterlərinin adından).