ŞƏKİ KƏNDLƏRİNİN QAZLAŞDIRILMASI İLƏ BAĞLI LAYİHƏ HAZIRLANIR
Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birinci mərhələdə əsas qaz kəmərinin ətrafında yerləşən 43 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərədə tutulur. Sonrakı mərhələlərdə isə əsas qaz kəmərindən kənarda yerləşən 20 yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçiriləcəkdir. Bu işlər tam başa çatdıqdan sonra Şəkinin kəndlərində 14 mindən artıq ailə mavi yanacaqdan istifadə edəcəkdir.
Hazırda Şəki şəhərində 11200 abonent təbii qazdan istifadə edir.