Şəkidə “Əllərin sehri” adlı ustad dərsləri keçirilib, sərgi açılıb
Şəki, 1 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şəki Regional Turizm İdarəsinin dəstəyi ilə sentyabrın 1-də Şəkidə “Əllərin sehri” adlı ustad dərsləri keçirilib, sərgi təşkil edilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Şəki Dövlət Rəsm Qalereyasında və şəbəkə emalatxanasında reallaşan tədbirdə tanınmış təkəlduz ustası Güləndam Alxaslı və şəbəkə ustası Tofiq Rəsulov iştirakçılara və şəhərin qonaqlarına təkəlduz və şəbəkə sənətinin sirləri barədə ətraflı məlumat verib, ustad dərsləri keçiblər. Sərgidə, həmçinin digər sənətkarların da əl işləri nümayiş etdirilib.